Əsas Linklər

Faydalı linklər



Bizimlə əlaqə

Teymur Muradov - Təhsil,
Rifah və İnkişaf İctimai
Birliyinin Sədri və Elektron
Demokratiya layihəsinin direktoru
teymur@e-democracy.info.az

 

Elektron Demokratiya
PDF faylını al Çap E-poçt

 

Elektron demokratiya nədir?

Elektron demokratiyanı növbəti təriflə ifadə etmək mümkündür – bu, İKT-dən hökumət, siyasi partiyalar, vətəndaş platformaları, vətəndaşlar və ya siyasi proseslərin digər iştirakçıları tərəfindən yerli, regional, milli və ya beynəlxalq səviyyədə istifadə olunmadır. Bu zaman İKT - dən nəinki səsvermə, həm də ən müxtəlif formalarda istifadə etmək mümkündür. «Aşağıdan- yuxarıya» prinsipi üzrə yanaşma çərçivəsində vətəndaşlarla təşkilatlar onlardan səslərinin eşidilməsi, partiyalar – kampaniyaların keçirilməsi, hökumət ilə inzibati orqanlar isə onların vətəndaşlara ərizələrin verilməsinin elektron metodu və ya məsləhətləşmələrin təşkili vasitəsilə təqdim etdikləri xidmətlərin təkmilləşdirilməsi üçün istifadə edə bilərlər.


Bu elektron strategiya və xidmətlərin üstün cəhətləri hansılardır?


İKT, məsləhətləşmələrin aparılması, gündəliyin seçkilərdə və ərizələrlə müəyyən edilməsi kimi demokratiyada iştirakın genişləndirilməsi üçün vətəndaş və digər iştirakçılara yeni imkanlar bəxş edə bilər. Bu, həmçinin siyasi həyata əvvəllər siyasətlə maraqlanmayan insanların cəlb olunması üçün də üstünlüyə malik ola bilər. Vətəndaşlar, məlumatın asanlıqla əldə olunması şəraitində qərarların qəbul edilməsi prosesində iştirak edəcəklər, buna isə yalnız yüksək şəffaflıq dərəcəsində nail olmaq mümkündür.


İndiyə qədər Avropa Şurası tərəfindən bu sahə üzrə hansı tədbirlər həyata keçirilmişdir?


Avropa Şurası bu sahə üzrə işə üzv-dövlətlərdə elektron idarəetmə problemi ilə imkanlarının nəzərdən keçirildiyi seminarı təşkil etməklə 2002-ci ildən etibarən başlamışdır. İki ekspert qrupunun yaradılmasından sonra AŞ Nazirlər Komitəsi 2004-cü ildə elektron idarəetmə haqqında (Rec(2004)15), və eləcə də, elektron səsvermə haqqında Tövsiyəni (Rec(2004)11) qəbul etmişdir. Son sənəddə elektron səsvermədən istifadə imkanlarını artıq istifadə edən və ya onu nəzərdən keçirən üzv-dövlətlərə bir sıra standartlara, həmçinin də, hüquqi, texniki və operativ tələblərə riayət etmək tövsiyyə olunmuşdur.

2006-cı ildə Avropa Şurası AŞ 47 üzv-dövlətinin, digər beynəlxalq təşkilatların (o cümlədən də, AB, ATƏT və BMT) və Avropa Şurasının komitələrinin üzvü olduğu hökumətlərarası işçi orqanını - elektron demokratiya üzrə xüsusi Komitəni (EDÜXK) təsis etdi.

EDÜXK-nin əsas vəzifəsi yerli, regional, milli və beynəlxalq səviyyədə elektron demokratiyanın/ elektron iştirakın inkişafını təhlil etməkdən ibarətdir.


Elektron demokratiyanın tətbiqi üzrə konkret «yol xəritəsi»mövcuddurmu?


Əksər yollar Romaya aparır. Elektron demokratiyanın müxtəlif instrumentləri arasında hansısa bir iyerarxiya mövcud olmamışdır. Hökumət və digər təşkilatlar özlərinin demokratik mədəniyyətinin səviyyəsinin yuxarı qaldırılması və öz şəxsi vəzifələrinin yerinə yetirilməsi üçün zəruri hesab edilən instrumentləri tətbiq edə bilərlər. Yalnız bu zaman onu da qeyd etmək gərəkdir ki, elektron demokratiya müəyyən məqsədə nail olmaq üçün bir vasitədir, məqsəd deyil.

Avropa ölkələrinin əksəriyyətində bu və ya digər formada təzahür edən elektron demokratiya üzrə bir sıra təcrübələr həyata keçirilmişdir. Fransada İnternet istifadəçiləri 2007-ci ilin prezident seçkilərində sosialistlər tərəfindən irəli sürülən namizəd Seqolen Ruayalın veb-səhifəsində kampaniyanın proqramına dair təkliflərini yerləşdirmişdilər. Avstriya, Almaniya və İsveçrədə bəzi veb-saytlarda seçicilərə onlayn rejimində onlara şəxsi ideya və partiyaların siyasi proqramından asılı olaraq kimə səs verməyin gərəkli olması barədə məlumatı təqdim edən müxtəlif variantlı cavabların öz əksini tapdığı anketi doldurmaq təklif edilir.

Avropa Şurası gələcəkdə necə fəaliyyət göstərmək niyyətindədir?

 15-17 oktyabr, 2007-ci il tarixində Madriddə keçirilən AŞ-nın «Demokratiyanın gələcəyi naminə» adlı dördüncü forumu tam şəkildə bu məsələyə həsr olunmuşdur. Burada əsasən İKT-nin demokratik proseslərin möhkəmləndirilməsi məqsədilə tətbiqi və hökumət ilə vətəndaşlar, eləcə də, vətəndaşlar arasında məlumatlar, müzakirələr, məsləhətləşmələr və razılaşmalar üçün yeni məkanın yaradılması məsələsi müzakirə olunmuşdur.

Forum, onun son mətninin hazırlanmasına və onun nazirlər Komitəsi tərəfindən qəbul edilməsinə qədər Avropa Şurasının elektron demokratiya haqqında Tövsiyəsi layihəsinin hazırlanmasına da öz töhfəsini vermişdir. Madrid forumunda həmçinin elektron səsvermə haqqında Tövsiyələr də nəzərdən keçirilmişdir.


 

Faydalı linklər

Axtarış

Səs Vermə

Sizcə Azərbaycanda elektron demokratiyanın inkişafı üçün hansı işlər görülməlidir?
 

Forum


 

ILK-10 Azeri Website Directory                                                                                               © 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir. 

                                                                                                                                                  Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!